Tariximiz

"Koroğlu" MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının satışını təşkil edən distributor şirkəti kimi fəaliyyətə başlayıb. Ölkə daxili bazarında uzun müddət davamlı fəaliyyəti ilə seçilən, eləcədə yerli və xarici istehsal məhsullarını səmərəli surətdə paylaşdıraraq, müştərilərinin, həmkarlarının hörmət və etibarını qazanan "Koroğlu" MMC, bu gün regionda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə ön sıralardadır. Şirkət daxili bazarın və qənnadı sənayesinin məhsullarına tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli qənnadı məmulatlarının çeşidlərini maksimal dərəcədə artırmağa çalışır.