Partnyorlar

Azərbaycan

"Konfirom" MMC

Bu günki günə "Konfirom" MMC - Azərbaycan bazarında böyük potensiala malik, müasir, dinamik inkişaf edən, qənnadı məhsulları istehsalı ilə məşğul olan fabriklərdən biridir. Oktyabr 2014-ci ildən etibarən "Konfirom" MMC professional xarici texnoloqlar tərəfindən hazırlanmış özünün unikal texnologiyası ilə yeni qənnadı məhsullarının çeşidlərin böyük həcmdə istehsalına başlamışdır."Konfirom" MMC mükəmməl tərtib olunmuş inkişaf strateqiyası vasitəsi ilə Azərbaycan və xarici qənnadı bazarında əhəmiyyətli pay sahibi olan fabriklərdən biridir. "Konfirom" MMC-in fəlsəfəsi – keyfiyyət və istehsalçılara qayğıdır. Məhsulun yüksək keyfiyyəti - müəssisənin ən əhəmiyyətli meyarlarından biridir. Metod və texnologiyaların təkmilləşdirilməsi, yeni məhsul çeşidlərinin hazırlanması, mütəmadi modernləşdirilmə və yeni yüksək texnologiyalı avadanlıqların alınması bazar tendensiyaları ilə daim ayaqlaşmağa imkan verir.

Türkiyə

"Şimşək" MMC

“Şimşək” MMC - fabriki 1996-ci ildən Turkiyənın Karaman şəhərində fəaliyyətə başlayıb. Şimşək MMC-in əsas istehsal etdiyi ədədli çeşidlər Turkiyə bazarında öz dadı ilə rəqiblərindən seçilir.

Rusiya

"АККОND" ASC

АККОND" ASC Rusiyanın qənnadı sənayesi üzrə dinamik sürətdə inkişaf edən ən yaxşı müəssisələrindən ibarət onluğa daxildir. Satışa buraxılan məmulatlar 400-dən artıq çeşiddədir. "АККОND" MMC "Kapelka" silsiləsindən olan yumşaq saqqızvari karamellərinin, "Slimo" xırçıldayan konfetlərinin, "Nüans" yumşaq konfetlərinin və "Snopik" konfetlərinin Rusiya üzrə yeganə istehsalçısıdır. Fabrikdə istehsal edilən yumşaq sufledən hazırlanmış orijinal "Ledi den", "Ledi noç" və "Ptiçya divnaya" konfetləri fabrikin fəxridir.

"Slavyanка" MMC

"Slavyanка" MMC 70 ildən artıqdır ki, fəaliyyətdədir və istehlakçılarına yüksək keyfiyyətli ən geniş seçimdə məhsul təklif edir. “Slavyanка” MMC-in məmulatlarının çeşidi 400 addan artıqdır. Slavyanka MMC-in portfeli geniş çeşidi ilə Rusiya bazarında öz rəqiblərini yumşaq karamelləri, analoqu olmayan konfet təamları ilə kölgədə qoyur.

"Nalçik Sladost" MMC

Təməli 2004-cü ildə qoyulan "Nalçik Sladost" MMC Rusiya qənnadıçılarının ənənələrinin layiqli davamçısıdır. Müəssisədə qənnadı istehsalının peşəkarları çalışır. İstehsal olunan məhsullar müəssisənin mütəxəssisləri tərəfindən hazırlanan orjinal resept əsasında istehsal edilir. Qənnadı məhsulları təbii xammaldan konservant və GMO-dan istifadə etmədən istehsal edilir. İstehlakçıların bütün təbəqələrinin ağız dadını nəzərə alaraq yeni məhsullar istehsal edilir və məhsul çeşidləri davamlı olaraq yenilənir. Elə buna görədi ki, müəssisə Rusiyanın 23 regionu və bir sira xarici olkələri ilə əməkdaşlıq edir.

"Konfeşn" MMC

"Konfeşn" MMC şirniyyat məhsullarının ən dinamik istehsalçılarından biridir.

Ukrayna

"AVK" MMC

“AVK” Ukraynanın böyük qənnadı şirkətlərindən biridir. Kompaniya 1991-ci ildə qurulub. Bu gün “AVK” Donetsk, Dnipropetrovsk, Luqansk və Mukaçevo ərazilərində yerləşən 4 MMC-yə sahibdir. “AVK” şokoladlı konfet kateqoriyası üzrə Ukrayna bazarında liderdir. Satışını təşkil etdiyi top brend məhsullar: “Parijel”, “Domior”, “Korolevskiy şarm”, “Kreamo”, “Qulliver”, “Şokoladnaya noç” və s.

"Mir Lakomstv" MMC

Yeni müasir müəssisə olan “Mir Lakomstv” MMC 2000-ci ildə Çerkas biskvit fabriki əsasında yaradılmışdır. Kompaniya vəsaitlərini istehsal gücünün müasirləşdirilməsinə, keyfiyyətin yaxşılaşdırılmasına və çeşidlərinin sayının artırılmasına yönəldərək intensiv surətdə inkişaf edir. Fabrik müasir İtaliya və Avstriya avadanlıqları ilə təchiz olunub və fabrikdə peçenyelərin, tortların, ruletlərin, biskvitlərin istehsalı tətbiq edilib.

"Dominik" (Poltava) ASC

Bu gün "Dominik" ASC, istehsal gücü gündə 200 tondan çox məhsul istehsal edən Ukraynanın şirniyyat məhsulları istehsalında tanınmış liderlərdən biridir.

"Delisiya" MMC

“Delisiya” MMC qənnadı məmulatlarının istehsalı üzrə ixtisaslaşdırılıb və geniş çeşidli peçenyalar, vaflilər,priyanik və pirojna məmulatları istehsal edir.