• facebook
  • instagram
  • twitter
  • youtube
  • email

(+994 12) 425 1647

(+994 55) 409 4999

Bizim partnyorlarımız

Azərbaycan 
shirin  

"Konfirom" qənnadı fabriki

Bugünkü günə "Konfirom"- Azərbaycan bazarında böyük potensiala malik, müasir, dinamik inkişaf edən, qənnadı məhsulları istehsal ilə məşğul olan fabrikdir. Oktyabr 2014-ci ildən etibarən "Konfirom" fabriki professional xarici texnoloqlar tərəfindən hazırlanmış özünün unikal texnologiyası ilə yeni qənnadı məhsullarının çeşidlərin böyük həcmdə sitehsalına başlamışdır. Yaxın gələcəkdə "Konfirom" fabriki mükəmməl tərtib olunmuş inkişaf strateqiyası vasitəsi ilə Azərbaycanın və xarici qənnadı bazarında əhəmiyyətli bir pay almaq niyyətindədir.

"Konfirom" fabrikinin fəlsəfəsi – keyfiyyət və istehsalşılara qayğıdır. Məhsulun yüksək keyfiyyəti - müəssisənin ən əhəmiyyətli meyarlarından biridir. Metod və texnologiyaların təkmilləşdirilməsi, yeni məhsul çeşidlərinin hazırlanması, mütəmadi modernləşdirilmə və yeni yüksək texnologiyalı avadanlıqların alınması bazar tendensiyaları ilə daim ayaqlaşmağa imkan verir.

 

Türkiyə
shirin  

"Şimşək" qənnadı fabriki

“Şimşək” qənnadı fabriki - Türkiyənin qənnadı fabriki olub öz fəaliyyətinə 1996-cı ildən başlamışdır. Çeşidlər: şokoladlı konfetlər, uşaqlar üçün oyuncaq formasında hazırlanmış konfetlər dəsti.

Saytın linki: www.simsek.com.tr

 

Rusiya
akkond-logo_new  

"АККОND" ASC

"АККОND" ASC Rusiyanın qənnadı sənayesi üzrə dinamik surətdə inkişaf edən ən yaxşı müəssisələrindən ibarət onluğa daxildir. Satışa buraxılan məmulatlar 400-dən artıq çeşiddədir. Məsələn, konfetlər: şokoladlı, xırçıldayan, yumşaq; karamellər: yumşaq, köpüklənən, maye içlikli, şüşəli, südlü; iris, kreker, peçenye və s. "АККОND" qənnadı fabriki "Kapelka" silsiləsindən olan yumşaq saqqızvari karamellərinin, "Slimo" xırçıldayan konfetlərinin, "Nüans" yumşaq konfetlərinin və "Snopik" konfetlərinin Rusiya üzrə yeganə istehsalçısıdır. Fabrikdə istehsal edilən yumşaq sufledən hazırlanmış orijinal "Ledi den", "Ledi noç", "Ptitsa divnaya" konfetləri fabrikin fəxridir.

Saytın linki: www.akkond.ru

shirin  

"Voronej" qənnadı fabriki

Voronej qənnadı fabriki Rusiyada qənnadı məmulatlarının istehsalı üzrə iri müəssisələrdən biridir. 60 ildən artıq fəaliyyəti dövründə fabrik bir sutka ərzində 100t müxtəlif qənnadı məmulatları istehsal edən yüksək səviyyədə mexanikləşdirilmiş müəssisəyə çevrilib. Hal-hazırda fabrik 150 adda geniş çeşidli qənnadı məmulatları istehsal edir: konfetlər, karamellər, peçenyelər, vaflilər, zefirlər, marmeladlar və s.

Saytın linki: www.vkf.uniconf.ru

shirin  

"Slavyanка" qənnadı fabriki

"Slavyanка" qənnadı birliyi 70 ildən artıqdır ki, fəaliyyətdədir və istehlakçılarına yüksək keyfiyyətli ən geniş seçimdə məhsul təklif edir. “Slavyanка” qənnadı birliyinin məmulatlarının çeşidi 400 addan artıqdır: "Çudo" ticarət markalı vaflili konfetlər, "Ptiçya slast" silsiləsindən olan məmulatlar, saqqızvari marmelad, nuqa, yumşaq karamel və tərkibində müxtəlif əlavələri olan zərif yağdan düzələn analoqu olmayan konfetlər, şokoladlar, konfet dəsti, karamel, peçenye vafli, vaflili tortlar, marmelad, zefir, draje.

Saytın linki: http://www.slavjanka.ru

ova   

"OBA" Aqrosənaye Holdinq

Saytın linki: www.ova.ru

confashion_new  

"Konfeşin" qənnadı birliyi

"Konfeşin" Qənnadı birliyi şirniyyat məhsullarının ən dinamik istehsalçılarından biridir. Buraxılan məhsulların çeşidi böyük və müxtəlifdir.

Saytın linki: www.confashion.ru

 lamzur  

"Lamzur" qənnadı fabriki

"Lamzur" Qənnadı fabriki

Saytın linki: www.lamzur.ru

 sladkaya sloboda  

"Sladkaya Sloboda" Qənnadı Fabriki

"Sladkaya Sloboda" qənnadı fabriki 1999-cu ildə Rusiyanın Kirov şəhərində təsis edilib. Fabrik geniş çeşiddə unlu qənnadı məhsul istehsal edir və istehsal zamanı yüksək ekoloji xammaldan istifadə olunur. Firmanın qruplaşmış məhsulları: şəkərli peçenye, sdobnoe peçenye, sufleli peçenye, vafliler

Saytın linki: www.sladsloboda.ru

qlobus_1   

"Qlobus" Qənnadı Fabriki

"Qlobus" qənnadı fabriki 1997-ci ildən Rusiyanın Ulyanovs şəhərində fəaliyyət göstərir. Firmanın istehsal etdiyi qruplaşmış məhsulları: Jeleli konfetlər, karame, pomadalı konfetlər, şəkərli peçenye, sdobnoe peçenye, kombine edilmiş peçenye, konfet, kisel, pryanik, draje

Saytın linki: www.globuz.ru/confectionary

jako_1   

"Nalçik Sladost" Qənnadı Fabriki

Təməli 2004-cü ildə qoyulan "Nalçik Sladost" MMC qənnadı fabriki keçən bu illərdə Rusiya qənnadçılarının ənənələrinin layiqli davamçısı olmuşdur.

Müəssisədə qənnadı istehsalının peşəkarları çalışır. İstehsal olunan məhsullar müəssisənin mütəxəsisləri tərəfindən hazırlanan orjinal resept əsasında istehsal edilir. Qənnadı məhsullarıtəbii xammaldan konservant və GMO-dan istifadə etmədən istehsal edilir.

İstehlakçıların bütün təbəqələrinin ağız dadını nəzərə alaraq yeni məhsullar istehsal edilir və məhsul çeşidləri davamlı olaraq yenilənir. Elə buna görədi ki, müəssisə Rusiyanın 23 regionu və bir sira xarici olkələrlə əməkdaşlıq edir.

Saytın linki: www.nalslad.com

jako_1   

"TAKF" Qənnadı Fabriki

"TAKF" qənnadı fabriki RF-nın Tambov vilayətinin iri qənnadı istehsalçılarındandir. Fabrik 2003-cü ildən "Birləşmiş Qənnadçılar" Holdinqinə daxildir. Müəssisə 1946-cı ildən qənnadı məhsulları istehsal edir. Assortment portfeli konfet, karamel, pryanik, və vaflilərdən ibarətdir. Fabrikin tanınmış brendləri: "Tambovski volk", "Laduşki", "Soçnaya dolka" və s-dir. "TAKF" firmasının məhsullarının keyfiyyəti RF-nın Dövlət standartlarının, həmçinin Avropanın istehsal şərtlərinin tələblərinə cavab verir. 2009-cu ildən fabrik İSO 22 000 (Qida məhsullarının təhlükəsizlik sistemi menecmenti) sertifikatını almışdır. 2010-cu ildən isə QOST P İSO 9001-2008 sertifikatını almışdır.

Saytın linki: www.uniconf.ru/factories/takf/

jako_1   

"Penza" QSC

"Penza" Qənnadı fabriki  QSC-i RF-nin Penza vilayətinin iri qənnadı fabriklərindəndir. Fabrikin əsası 1925-ci ildə qoyulub. 2003-cü ildən "Birləşmiş Qənnadçılar" Holdinqinə daxildir. Yüksək texnoloji və müasir avadanlıqlarla təchiz olunmuş fabrik orta qiymət seqmentinə uyğun qənnadı çeşidləri istehsal edir. Həmçinin fabrikin mütəxəssisləri istehlakçılara vaxtaşırı orijinal yeniliklər təqdim edir.

Fabrik hal-hazırda 130 adda qənnadı məhsulu: konfet, iris, zefir, vafli, pryanik, peçenye, vaflili tortlar istehsal edir. Seçmə elit şokaladlar yığımı olan "Tarxanı", "Lermantov" və "Penza" müəssisənin və Penza şəhərinin vizit kartı hesab olunur. Fabrik nəinki regional həm də federal səviyyəli brendlər istehsal edir.

Saytın linki: www.uniconf.ru/factories/pkf/

 

Ukrayna
AVK-tek_logo   

"AVK" qənnadı şirkəti

“AVK” Ukraynanın böyük qənnadı şirkətlərindən biridir. Kompaniya 1991-ci ildə qurulub. Bugün “AVK” Donetsk, Dnipropetrovsk, Luqansk and Mukaçevo ərazilərində yerləşən 4 qənnadı fabrikinə sahibdir. “AVK” şokoladlı konfet kateqoriyası üzrə Ukrayna bazarında liderdir. Satışını təşkil etdiyi top brend məhsullar: “Parijel”, “Domior”, “Korolevskiy şarm”, “Kreamo”, “Qulliver”, “Şokoladnaya noç” və s. 

Saytın linki: www.avk.ua/

shirin  

"Odessa" QSC

"Odessa" QSC Odessa şəhərinin və Ukraynanın yeyinti üzrə ən iri müəssisələrindən biridir. 1994-cü ilin avqust ayında qənnadı sənayesinin Odessa istehsalat birliyi əsasında təşkil olunmuşdur. 300-dən artıq adda qənnadı məmulatları buraxılır ki, onlardan odessalı qənnadıçılar tərəfindən yaradılan "Oddeskiye", "Belaya akasiya", "Ruşniçok", "Taras Bulba", "Sadok vişnyovıy", "Meteorit", "Puşkinskiy platan" və s. markalı konfetlər ən yaxşı konfetlər hesab olunur.

Saytın linki: www.odessalux.com

shirin  

"Mir Lakomstv" MMC

Yeni müasir müəssisə olan “Mir Lakomstv” MMC 2000-ci ildə Çerkas biskvit fabriki əsasında yaradılmışdır. Kompaniya vəsaitlərini istehsal gücünün müasirləşdirilməsinə, keyfiyyətin yaxşılaşdırılmasına və çeşidlərinin sayının artırılmasına yönəldərək intensiv surətdə inkişaf edir. Fabrik müasir İtaliya və Avstriya avadanlıqları ilə təchiz olunub və fabrikdə yeni növ peçenyelərin, tortların, ruletlərin, biskvitlərin istehsalı tətbiq edilib.

Saytın linki: www.svitlasoschiv.ua

shirin  

"Poltava" ASC

"Poltava"

Saytın linki: www.dominic.com.ua

shirin  

"Delisiya" MMC İKŞ

“Delisiya” MMC qənnadı məmulatlarının istehsalı üzrə ixtisaslaşdırılıb və geniş çeşidli peçenyalar, vaflilər,prinyaniklər və pirojna məmulatları istehsal edir.

Saytın linki: www.delicija.ua

 

Belarusiya
shirin  

"Mixaella" qənnadı fabriki

İstehsalçı ölkə: Belarusiya, Şəhər: Minsk (istehsal ünvanı: Molodeçno ş.-ri) Yaranma tarixi: 1996 – cı il Assortiment: sufleli, qozlu, çərəzli, quru meyvəli, qriliyajlı konfetlər, korovka, halva, şəkərli şirniyyatlar.

Saytın linki: www.mihaella.com

 

Şirkətimiz Facebookda

Sorğu

Yeni internet saytımızı bəyəndinizmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.